Məcburi köckünlərin əmək haqqısından güzəştlə bağlı Maraqlı Sual

Məcburi köckünlərin əmək haqqısından güzəştlə bağlı Maraqlı Sual

Həmin şəhərcikdə yaşayan işçilərə Vergı Məcəlləsinin 102.4.5. maddəsinə görə əmək haqqından gəlir vergisi tutulması güzəştinə şamildirmi?
 
Sual: Məcburi köçkunlərə, hörmətli Prezdentin təşəbbüsü ilə inşa olunan yeni şəhərcikdə yaşamaları üçün müvvəqqəti yeni mənzillə təyin edilmişdir, yaşayış hüququ verilmişdir. Həmin şəhərcikdə yaşayan işçilərə Vergı Məcəlləsinin 102.4.5. maddəsinə görə əmək haqqından gəlir vergisi tutulması güzəştinə şamildirmi?
Mürsəl Həmzəyev, [email protected] (30.01.2018) 
Cavab: Bildiririk ki,  “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”  21 may 1999-cu il tarixli 668-IQ nömrəli Qanunun 14-cü maddəsində göstərilmişdir ki, vətəndaş dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildiyi halda məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunu itirir. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.4.5-ci maddəsi ilə  müəyyən edilmiş vergi güzəştləri Dövlət Proqramına uyğun olaraq yaşayış evləri ilə təmin olunmuş şəxslərə şamil olunmur. 
Bax: Vergi Məcəlləsinin 102.4.5-ci və 102.8-ci maddələri, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”  21 may 1999-cu il tarixli 668-IQ nömrəli Qanunun 14-cü maddəsi və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndi. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər