Əmək haqqından GƏLİR VERGİSİ ilə bağlı MARAQLI SUAL
Vergilər Nazirliyi gəlir vergisindən güzəştin rəsmiləşdirilməsi bağlı suala aydınlıq gətirib
Sual: Mən Aztelekom İB bağban işləyirəm özüm də Qarabağ müharibəsi veteranıyam. Veteranlara verilən imtiyazlardan xəbərim yox idi. Bunun üçün işlədiyim idarəyə heç bir sənəd təqdim etməmişəm və məndən Vergi Məcəlləsinə uyğun gəlir vergisi tutulub. Sənəd təqdim etdikdən sonra qanunla mənə neçə aylıq tutulmuş gəlir vergisini qaytara bilərlər ?
Cəfərov Azad
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirlərinin 400 manatı gəlir vergisindən azad olunur.
Qeyd olunan güzəşt “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən müharibə veteranı sayılan və həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq veteran statusunu təsdiqləyən “Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəni almış şəxslərə, o cümlədən Qarabağ müharibəsinin veteranlarına şamil olunur.
Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən isə qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı almış şəxslərə verilən güzəşt hüququ Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində həyata keçirilir.
Göründüyü kimi, müharibə veteranların muzdlu işdən əldə edilən gəlirlərinə gəlir vergisi üzrə verilən güzəşt hüququ müvafiq sənədlər onun tərəfindən əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edildiyi andan yaranır.
Onun üçün də güzəşt hüququnu verən müvafiq sənədlər əsas iş yerinizə təqdim edilən ana kimi həmin güzəştlər tətbiq edilmir, artıq hesablanaraq tutulmuş gəlir vergisi isə geri qaytarılmır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
------------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub. Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. Çatdırılma pulsuzdur.
Kitab iki iş günü ərzində çatdırılır.
Kitabın satış qiyməti 12 (on iki) manatdır.
0 Komment
Şərh yazın