VACİB MƏLUMAT! Əmək Məcəlləsində XƏBƏRARLIĞIN MÜDDƏTİ necə dəyişdi

VACİB MƏLUMAT! Əmək Məcəlləsində XƏBƏRARLIĞIN MÜDDƏTİ necə dəyişdi

01 yanvar 2018-ci ildən tətbiq olunan Əmək Məcəlləsinə dəyişikliklər İşçinin yox, İşəgötürənin xeyrinədir
 
Bu yazımızda Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı məlumat verməyə çalışacıyıq.  Məlumat üçün bildirək ki, yeni dəyişikliklərin izahı və yeni Əmək Məcəlləsi yeni nəşrimiz olan "Əmək Qanunvericiliyi Toplusu- 2018" kitabında geniş verilib.
Öncədən bildirək ki, əgər öncələr Əmək Məcəlləsi daha çox İşçinin hüquqlarını qoruyurdusa, artıq dəyişikliklər İşəgötürənin xeyrinədir. Bunu elə yazımızda qeyd etdiyimiz dəyişiklikdən də anlamaq olar.
01 yanvar 2018-ci ildən etibarən, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsi artıq aşağıdakı öz əksini tapır.
1.3. 77-ci maddə üzrə:
1.3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
 
“1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar
edilməlidir:
bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.”;
Bu dəyişikliyə qədər işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı İKİ AY ƏVVƏL işçini rəsmi xəbərdar etməli idi. Artıq 01 yanvar 2018-ci il tarixdən etibarən rəsmi xəbərdarlıq işçinin HƏMİN İŞƏGÖTÜRƏNLƏ olan əmək stajına uyğun həyata
keçirilməlidir. Yəni, işçinin ümümi əmək stajı artıq rol oynamayacaq. Rəsmi xəbərdarlıq edilmə müddəti isə aşağıdakı kimi olacaq:
bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi
--------------------------------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.
Çatdırılma pulsuzdur. Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər