Kompensasiya görə hansı halda MALİYYƏ SANKSİYASI tətbiq oluna bilər?
Bu yazımızda vergi və DSMF orqanları səyyar yoxlamalar zamanı işçilərə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın verilməməsinə görə maliyyə sanksiyaları tətbiq etməsi barədə bildirəciyik.
Bildiyimiz kimi, Əmək Qanunvericiliyinə əsasən, işəgötürən işçiyə hökmən əmək məzuniyyəti verməlidir. Əgər hansısa səbəbdən əmək məzuniyyəti istifadə olunmayıbsa, onda işəgötürən işçiyə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya verməlidir.
Tutaq ki, AA MMC-nin işçisi 2017-ci ildə başa çatan iş ilində hər-hansı əsaslı səbəbdən əmək məzuniyyətinə çıxmayıb və təbii ki, bu halda işçi həmin iştifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya almaq hüququ yaranır.
Burda sual yaranır ki, işçiyə nə vaxt kompensasiya hesablanılmalıdır ki, bu məbləğə uyğun gəlir vergisi və ya məcburi dövlət sığorta ayırmalaları (22 və 3 faiz) hesablanılsın. Belə bir konkret tarix nə Əmək Məcəlləsində, nə də hansısa normativ aktda nəzərdə tutulub. Odur ki, kompensiyanın hesablanılması üçün konkret vaxt müəyyən olunmadığından, kompensasiyanın verilməməsinə görə maliyyə sanksiyası tədbiq edilə bilməz. Amma əmək müqaviləsinə xitam verilən işçinin istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanmamasına görə müvafiq olaraq hesablanması nəzərdə tutulan gəlir vergisi vəya sosial ayırmalara görə maliyyə sanksiyası tətbiq oluna bilər. Cünki qanunvericlik tələb edir ki, işçi işdən azad olunduqda, onunla son haqq-hesab aparılmalıdır.
---------------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub. Üstəlik Əmək və Əhalinin sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.
Çatdırılma pulsuzdur.
Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır.
0 Komment
Şərh yazın