Muzdlu işlə bağlı kameral məktuba necə cavab yazılmalıdır (NÜMÜNƏ)

Muzdlu işlə bağlı kameral məktuba necə cavab yazılmalıdır (NÜMÜNƏ)

Təcrübəmizdə görsənib ki, fiziki şəxs sadələşdilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir. Rüblük hesabat təqdim edilən zaman muzdlu işçi ilə bağlı bölmədə hər hansı işçi sayı vəya məbləğ qeyd edilmədiyindən vergi orqanlarından kameral məktub gəlir. Məktubu məzmunu ondan ibarət olur ki, fəaliyyətiniz olmasına baxmayaraq, muzdlu işçi ilə bağlı hər hansı məlumat verilməyib.
 
Bu zaman vergi ödəyicilərnin aşağı məzmunda cavab göndərməsi məqsədəuyğundur.
 
"Sizin. . . . . . . . . . . tarixli. . . . . . . . . . .  saylı məktubunuza cavab olaraq bildirirəm ki, mən fiziki şəxs sahibkar kimi tək fəaliyyət göstərirəm, işçi işə qəbul etməmişəm və heç bir kənar fiziki şəxslə əmək münasibətlərim yoxdur. Odur ki,sadələşdirilmiş vergi bəyannaməsinin muzdlu işlə əlaqədar verginin hesablanması barədə hissəsində məlumat təqdim etməmişəm. 
Xahiş edirəm ki, bunu nəzərə alasınız". 
 
--------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. 
Çatdırılma pulsuzdur. 
Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

0 Komment

    Şərh yazın