Direktorla əmək müqaviləsi imzalanması məsələsinə RƏSMİ CAVAB

Direktorla əmək müqaviləsi imzalanması məsələsinə RƏSMİ CAVAB

Bu məktub mühasib və HR-lərin stolüstü sənədi olmalıdır...

 
Direktorla əmək müqaviləsinin bağlanılıb-bağlanılmaması müzakirə olunan mövzulardandır. Bəzi ekspertlər hesab edir ki,  direktora nizamnaməyə əsasən  səlahiyyətlər verildiyindən Əmək müqaviləsi bağlanılmasəına ehtiyac yoxdur. 
Qeyd olunan məsələ ilə bağlı rəsmi mövqeyi öyrənmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) məktubla müraciət etdik. Yeri gəlmişkən, hər zamankı kimi, suallarımızı operativ cavablandırdığına görə DƏMX-nin sədr müavini Məhərrəm Məhərova öz təşəkkürümüzü bildiririk.  

DƏMX-yə təşkilatımız tərəfindən aşağıdakı suallar göndərilib:
- Təşkilat məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçib. Hal-hazırda təşkilatda 3 işçi fəaliyyət göstərir: Direktor, mühasib və ofis meneceri. Mühasib və ofis meneceri ilə əmək müqaviləsi bağlanılsa da, direktorla bu cür sənədləşmə aparılmayıb. Bunun səbəbi kimi direktorun səlahiyyətlərinin nizamnamə ilə tənzimlənməsi göstərilib. DƏMX-nin yoxlamaları zamanı direktorla əmək müqaviləsinin olmaması qanun pozuntusu kimi qəbul edilərək bu halda İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinin müddəaları tətbiq olunurmu?
 
Dövlət Əmək Müfəttişliyi Xidməti 11 iyul 2013-cü il tarixli cavab məktubunda suallarımızı belə cavablandırıb:
Sorğuda qeyd olunan hal üzrə əmək münasibətlərinin 2 istiqamətdə izah edilməsi daha doğru olardı.
1. Müəssisəni təsis edən sahibkar eyni zamanda həmin müəssisənin direktoru vəzifəsini icra edir.  Bu halda təsisçi təkdirsə, əmək müqaviləsi bağlanılmır. Yox, əgər, müəssisə bir neçə təsisçi tərəfindən yaradılıbsa və onlar arasından bir nəfər direktor vəzifəsinə təyin edilibsə,  bu şəxslə idarə heyəti arasında əmək müqaviləsi bağlanılmalıdır.
2. Müəssisənin təsisçilərinin sayından asılı olmayaraq, müəssisənin direktor vəzifəsinə kənar bir şəxs təyin olunubsa, həmin işçi digər isçilər kimi qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinin bağlanılması təmin edilməlidir.
 
Cavablardan göründüyü, DƏMX rəsmilərinin fikrincə, yalnız təsisçi və direktor eyni şəxs olduqda, əmək müqaviləsinə ehtiyac yoxdur. Qalan bütün hallarda, əmək müqaviləsi imzalanmalıdır. DƏMX cavabı oxuculara təqdim etməkdə məqsədimiz odur ki, gələcəkdə onları gözləyə biləcək inzibati cərimələrdən söğortalana bilsinlər.
 
-----------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib. Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. Çatdırılma pulsuzdur. Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır.

0 Komment

    Şərh yazın