Tanınmış mühasib Aydın Kərimovdan Vergilər Nazirliyinə İRAD

Tanınmış mühasib Aydın Kərimovdan Vergilər Nazirliyinə İRAD

"Limon satan arvad limonu alıcının təpəsinə vurar"
 
Tanınmış mühasib Aydın Kərimov sosial şəbəkədəki statusunda Vergilər Nazirliyinin son addıma irad tutub: " Hiss olunur ki, son vaxtlar vergi orqanları "qara mühasibat"-ın ləğvində şəffaflığın bərpa olunmasında maraqlıdır. Bu alqışlanmalıdır. Böyük müəssisələrdə yox, ancaq kiçik ticarət və ictimai iaşə obyektlərində problem olacaq.
Əvvəllər vergi ödəyicisi olmayan şəxsdən mal alındıqda mal alan mənbədən vergini tutub ödəyirdi.
Mədaxil qəbzi və kassa çeki xərc sənədi kimi qəbul olunmur. İndi tələb olunur ki, küçə, bazardan VÖEN-i olmayan şəxslərdən mal alındıqda alış aktı tərtib olunmalıdır. Həmin şəxsin sənədinin surəti götürülüb vergi idarəsinə verilməlidir. Kimsə kafe üçün göyərti və limon alır. Limon satan arvada deməlisən ki, sənədin surətini və ya FİN kodunu ver.  Limonu satmaz yaxud alıcının təpəsinə vurar.
Vergi orqanları alternativ bir variant fikirləşməlidir."
 

0 Komment

    Şərh yazın