Təsisçidən alınan borc öhdəliyinin vergi öhdəliyi ilə bağlı 3 aktual sualın cavabı

Təsisçidən alınan borc öhdəliyinin vergi öhdəliyi ilə bağlı 3 aktual sualın cavabı

Vergilər Naziriyindən borcla bağlı ödəmə mənbəyindən vergi ilə bağlı daha bir açıqlama
 
Sual: Hüquqi şəxs öz təsərrüfat fəaliyyətini həyata kecirmək üçün təsisçisi olan fiziki şəxsdən borc almışdır. Aralarında faizsiz borc müqaviləsi rəsmiləşdirilmişdir. Müəyyən müddət sonra müəssisə bank krediti götürüb təsisçinin bank hesabına nağdsız qaydada köcürməklə borcunu qaytarır. 
1. Təsisçinin həmin vəsaiti bankdan nağd qaydada cıxarması nağdsız hesablaşmalar haqqında qanuna zidd deyil ki? 
2. Müəssisənin bank kreditinə görə ödədiyi faiz xərcə salına bilərmi? (təsisçidən götürülmüş borcu müəssisə dövriyyə vəsaiti kimi istifadə etmişdir)
3. Bu əməliyyatdan müəssisə və təsisçi üçün hansı vergi öhdəliyi yaranır?
Lətifov Nizami Səmid oğlu, [email protected], Bakı (25.01.2018) 
 
 Cavab: Bildiririk ki, vergi ödəyicisi olmayan təsisçi fiziki şəxs tərəfindən onun bank hesabına qaytarılan məbləğin nağd qaydada hesabdan çıxarılmasını mövcud qanunvericilik məhdudlaşdırmır.
 
Fiziki şəxs sahibkar olduğu halda onun tərəfindən sahibkarlıq məqsədləri üçün nağd qaydada vəsatin bank hesabından çıxarılması “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.3-cü maddəsində qeyd olunan həddlər daxilində həyata keçirilə bilər.
Fərdi sahibkar vəsaiti bank hesabından çıxararkən bank çıxarılan məbləğin 1 faizi məbləğində sadələşdirilmiş vergi hesablamalı və tutumalıdır.
Hüquqi şəxs tərəfindən götürülən kredit qeyri-sahiubkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmadıqda ödənilən faiz krediti gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.
Onu da nəzərinizə çatdırırıq ki, hüquqi şəxslə fiziki şəxs mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilənlərə əsasən qarşılıqlı surətdə asılı olan fiziki şəxs tərəfindən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
 
Bax: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 220.12-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi. 
 
--------------------------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub. 
Üstəlik Əmək və Əhalinin sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib. .
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.
Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır.
Kitabın satış qiyməti 12 (on iki) manatdır.
 

0 Komment

    Şərh yazın