Hansı halda kağız, hansı halda elektron qaimə-faktura?

Hansı halda kağız, hansı halda elektron qaimə-faktura?

Vergilər Nazirliyi bu məsələyə yenidən aydınlıq gətirdi
 
Sual: Elektron qaimə faktura ilə yanaşı kağız formasında qaimə-fakturanın olması vacibdir? Hansı sənədlər olmasa cərimə tətbiq olunur və cərimə tətbiq olunmaması üçün nə etməliyik?
Yunis Yunisov, [email protected] (25.01.2018) 
 
Cavab: Bildiririk ki, mövcud qanunvericiliyə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
Maliyyə sanksiyası səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ən azı biri olmadıqda alıcıya münasibıtdə tətbiq olunur.
Müvafiq olaraq, satıcı tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə təqdim edilmiş mallar (işlər, xidmətlər) elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidir. Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin  malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.
 
Bax: Vergi Məcəlləsinin 58.8-ci və 71-1-ci maddələri və Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

0 Komment

    Şərh yazın