Vakansiya! Mühasib kimi çalışmaq istəyənlər üçün ŞANS

Vakansiya! Mühasib kimi çalışmaq istəyənlər üçün ŞANS

Məşhur Şirkətlər qrupundan iş təklifi

JOB TITLE: Mühasib/Accountant

EMPLOYER: Sinteks MMC
DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-25 LAST UPDATED: N/A DEADLINE: 2018-02-24
 
1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks Şirkətlər Qrupu bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış  şirkətlərindən biridir.
 
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi,  dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Qrup dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
 
Hal hazırda Sinteks Şirkətlər Qrupuna Mühasib tələb olunur.
 
Vəzifə öhdəlikləri:
 
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək; 
• Vergi, DSMF və Statistika üzrə hesabatların tərtib/təqdim edilməsi, nəticədə yaranan öhtəlikləri vaxtında icra edərək ödənişləri təmin etmək;
• Daxil olan ilkin sənədlər əsasında pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Satılan məhsulun, iş və ya xidmətin maya dəyərinin iqtisadi cəhətdən əsaslandırılmış qaydada hesablanmasını təmin etmək;
• Kreditor və debitorlarla hesablaşmalara nəzarət və üzləşmələrin aparılmasını təşkil etmək;
• Yük Gömrük Bəyannamələrinin (idxal/ixrac əməliyyatları) uçota alınmasını təşkil etmək;
• Yerli və xarici ödənişləri təmin etmək;
• Əmək haqqının, eləcə də məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələrinin və sosial müavinətlərin hesablanması və ödnilməsini təmin etmək;
• Dövlət orqanları xüsusilə Vergi və DSMF orqanları tərəfindən göndərilən sorğuların əsaslansırılmış qaydada cavablandırılmasını təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
 
Namizədə qoyulan  tələblər:
 
• Ali təhsil (Mühasibat uçotu, Maliyyə)
• MS Office (xüsusilə excel)
• Minimum 3-5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
• Rus və ingilis dillərində koorporativ yazışma və danışıq qabiliyyəti
• Müqavilələr və onların hüquqi tərəfləri ilə işləmə bacarığı
• Azərbaycan Respublikasının Vergi Məcəlləsi bilikləri
• Azərbaycan Respublikasının Əmək Məcəlləsindən lazımı biliklər
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
• e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək qabiliyyəti
• 1C-də rəsmi mühasibatlığın işlənməsi, BTP, DSMF proqramları ilə işləmə bacarığı
• Beynəlxalq sertifikasiya arzuolunandır
• Sərbəst işləmə və qərarvermə qabiliyyəti
• Fərdi və kollektivdə işləmə qabiliyyət
 
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühasib/Accountant” qeyd etmələri xahiş olunur.
 

0 Komment

    Şərh yazın