İcarə haqqı ödənişi nağd qaydada həyata keçirilə bilər?

İcarə haqqı ödənişi nağd qaydada həyata keçirilə bilər?

 

Nağdsız hesablaşmalara görə Maliyyə sanksiyası vəsaiti ödəyənə yoxsa alana hesablanır?
 
Sual: Şirkət vergi orqanında qeydiyyatda olan fiziki şəxsə nağd qaydada icarə haqqı ödəyir. Bu zaman “Nağd hesablaşmalar haqqında” qanunun tələbi pozulurmu?  Əgər maliyyə sanksiyası tətbiq olunacaqsa kimə tətbiq olunacaq?
Sakit Əliyev, [email protected], Bakı (22.01.2018)
 
Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən icarə haqları “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən hədd daxilində, yəni təqvim ayı ərzində sadələşdirilmiş vergi ödəyicisi tərəfindən 15.000 manatdan, ƏDV ödəyicisi tərəfindən isə 30.000 manatdan artıq olmamaqla nağd qaydada ödənilə bilər. Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən bu həddən yuxarı məbləğlər üzrə ödənişlər isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.
 
Əks təqdirdə ödənişi həyata keçirən vergi ödəyicisinə, yəni icarə haqqı ödəyən şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunacaqdır.
 
Bax: Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.
 

0 Komment

    Şərh yazın