Vergilər Nazirliyindən gəlirdən çıxılan xərclərlə bağlı MARAQLI YANAŞMA
Əmək Məcəlləsinin tələbinə uyğun xərcə gəlirdən çıxılmasına icazə verilmir
Sual: İşçini müvafiq iş şəraiti ilə təmin etmək lazımdır, o cümlədən iş yerində təmizlik olmalıdır. Bu ya servis kimi digər şəxs (fiziki və ya hüquqi) tərəfindən həyata keçirilə bilər, ya da işəgötürənin işçisi tərəfindən. Bu, Əmək Məcəlləsində (həmçinin əmək müqaviləsində) nəzərdə tutulduğu kimi, əməyin mühafizəsi sahəsində qanunvericilik tərəfindən də tələb olunur, buna görə də məcburidir, eyni zamanda əmək müfəttişliyi tərəfindən buna nəzarət edilir. Əks halda cərimə tətbiq olunur. Sual: işçini təmiz iş yeri ilə təmin etməklə əlaqədar xərclər gəlirdən çıxılırmı?
İntiqam Seyfulla, [email protected] (10.01.2018)
Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Təmizliyin təmin olunması üzrə xərclər gəlirin əldə olunması ilə bağlı deyil, eyni zamanda Əmək Məcəlləsinin müddəalarında təmizliyin təmin olunmasına dair tələb olsa da, müvafiq qanunvericilikdə hər hansı icabri ödəniş nəzərdə tutulmadığından sorğunuzda qeyd olunan müvafiq xərclər gəlirdən çıxılmır.
0 Komment
Şərh yazın