2018-ci ildə kağız blankda təqdim edilən qaimə-faktura qüvvədə olacaq?

2018-ci ildə kağız blankda təqdim edilən qaimə-faktura qüvvədə olacaq?

Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirdi
 
Sual: 01.01.2018-ci il tarixdən etibarən kağız blankda təqdim olunan qaimə-faktura qüvvədə olacaqdırmı? Kağız blankda qaimə-faktura göndərən vergi ödəyicisini hansı maliyyə sanksiyaları gözləyir?
 
Nadir Cabbarov Adil, [email protected], Bakı (10.01.2018) 
 
Cavab: Bildiririk ki, 01.01.2018-ci il tarixdən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura və elektron vergi hesab-fakturadan vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
 
Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin  malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.
 
Vergi ödəyicisi tərəfindən təqdim edilən mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturanın və elektron vergi hesab-fakturasının təqdim edilməməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmasa da vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
 

 

0 Komment

    Şərh yazın