Vergilər Nazirliyi vergi ödəyicilərin əsassız vergi borclarını ləğv edir?

Vergilər Nazirliyi vergi ödəyicilərin əsassız vergi borclarını ləğv edir?

Bununla bağlı iş adamlarına müraciət olunaraq, borcların əsassızlığını sübut edən sənədlərin hazırlanaraq vergi orqanlarına təqdim olunması istənildiyi bildirilir
 
Biznes çevrələrindən "Yeni Müsavat”a verilən məlumatlara görə, yeni ilin ilk günlərindən etibarən əvvəlki illərdə çoxsaylı sahibkarlara, şirkətlərə hesablanmış vergi borclarının ləğv olunması prosesinə start verilib. Bununla bağlı iş adamlarına müraciət olunaraq, borcların əsassızlığını sübut edən sənədlərin hazırlanaraq vergi orqanlarına təqdim olunması istənilir.
Aldığımız məlumata görə, sahibkarların vergi orqanlarından narazılıqlarının qısa müddətdə aradan qaldırılması, bu iki subyekt arasındakı münasibətlərin qarşılıqlı əməkdaşlıq müstəvisinə keçirilməsi barədə ölkə rəhbərliyi tapşırıq verib. M.Cabbarovun qarşısına qoyulan ilk və əsas vəzifə məhz bu münasibətləri səmərəli müstəviyə keçirmək, vergi sistemini sahibkarlığın inkişafına təkan verən quruma çevirməkdir.
Yeni nazir isə bir aya yaxın müddətdə situasiyanı öyrənərək, yeni ilin ilk günlərindən narazı sahibkarların problemlərinin həlli istiqamətində fəaliyyətə başlayıb. Bu zaman ilk növbədə əvvəlki illərdə hesablanmış, ödənilməyən, yaxud ödənilməsi mümkün olmayan borcların silinməsi prosesinə start verilib. Eyni zamanda fəaliyyətdə olan sahibkarlara hesablanan və onların əsassız hesab etdikləri vergilərlə bağlı problemlərin həlli üçün də fəaliyyətlərə başlanılıb.
Mənbələrimizin verdiyi məlumata görə, vergi əməkdaşlarına bütün bu prosesləri ajiotaj yaratmadan, cəmiyyətdə vergi orqanlarına qarşı mənfi münasibət formalaşdırmadan aparmaq tapşırılıb.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər