Vergilər Nazirliyində ƏLA TƏYİNAT

Vergilər Nazirliyində ƏLA TƏYİNAT

Bu təyinatla vergi sistemində gözlədiyimiz islahatlarla bağlı ümid işıqları parlamağa başladı...
 
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sabiq sədr müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub. "APA-Economics" xəbər verir ki, bununla bağlı vergilər naziri Mikayıl Cabbarov əmr imzalayıb.
X.Abdullayev özü “APA-Economics”ə faktı təsdiqləyib. O bildirib ki, gələn həftənin birinci günündən, yanvar ayının 8-dən vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, X.Abdullayev ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən öz xahişi ilə azad olunmuşdu.
 
Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.
Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb.
2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb.
2008-ci ildə ABŞ-ın "George Washington" universitetində "Fulbright" tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb.
2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib.
2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib.
2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib.
2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.
 

0 Komment

    Şərh yazın