Banklar əməliyyatlar zamanı tutulan komissiyon haqqına görə elektron qaimə-faktura təqdim edəcək?
Vergilər Nazirliyi bu məsələyə də aydınlıq gətirdi....
Sual: Müəssisələrin bank əməliyyatlarının aparılması zamanı tutulan 0,1-5% arası komissiyon haqqların xərc kimi tanınması üçün 01.01.2018-dən etibarən banklar e-qaimə verməlidir?
Əmirov Asif Firidun, [email protected], Abşeron (29.12.2017)
Cavab: Bildiririk ki, vergi qanunvericiliyində banklar tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə göstərilən xidmətlərə görə elektron qaimə-fakturanın təqdim edilməsi istisna edilməmişdir.
Belə ki, bank tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara maliyyə xidmətlərinin (depozitlərin idarə edilməsi, tədiyyələr, köçürmələr və s.) göstərilməsi tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir. Bağlanmış müqavilələr əsasında hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər (maliyyə xidmətləri, dövrü olaraq yerinə yetirilən inkassasiya xidmətləri, seyf xidmətləri və digər bu kimi xidmətlər) müntəzəm və ya daimi əsasda göstərildiyindən həmin xidmətlərə görə alıcılara hər ayın yekunları üzrə göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim edilməlidir.
Bunlarla yanaşı, bank tərəfindən müntəzəm və ya daimi əsasda göstərilməyən birdəfəlik xidmətlərə görə hər əməliyyat üzrə ayrılıqda elektron qaimə-faktura təqdim edilir.
0 Komment
Şərh yazın