Vakansiya! Bankın İT işçisindən inanılmaz məbləğdə pul oğurlanması
Bankın texnoloji proseslər şöbəsində baş ekspert işləyən Eldar Vəliyev tutulub
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakının Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb oğurlayan bankın texnoloji proseslər şöbəsində baş ekspert işləyən Eldar Vəliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Yenilənib...
Bankın əməkdaşı tərəfindən mənimsənilmiş 425 min dollar artıq qaytarılıb. Bunu “Bank of Baku”nun İdarə Heyətinin sədri vəzifələrini icra edən Eldar Həmidov deyib. Onun sözlərinə görə, hazırda narahatlıq üçün heç bir səbəb yoxdur: “Bu, uğursuz oğurluq cəhdi idi, amma bu əməlin qarşısı operativ şəkildə alınıb. Bütün pullar qaytarılıb”.
0 Komment
Şərh yazın