Könüllü vergi açıqlamasından sonra vergi orqanının yenidən yoxlama etməsi mümkündür?
Səyyar yoxlama bitdikdən sonra könüllü açıqlama edilərsə, yeni qanunvericiliyə əsasən yalnız əmlak vergisi ödənilməlidir. Bu halda vergi orqanının bu açıqlamanı qəbul etməmək və yenidən yoxlama açaraq əlavə sanksiya hesablaması halı mümkündürmü?
Sual: Salam. Sualım könüllü vergi açıqlaması ilə bağlıdır. Bilmək istərdim ki, səyyar vergi yoxlaması bitdikdən sonra vergi ödəyicisi könüllü vergi açıqlaması etdiyi halda vergi orqanı tərəfindən bu könüllü açıqlama qəbul edilməyə bilərmi? Misal olaraq, şirkətin əslində 100.000 manatlıq avadanlığı vardır və bu avadanlığın alışı ilə bağlı heç bir təsdiqedici sənəd yoxdur. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, bu cür mallara görə 10%, ikinci dəfə 20% və üç və daha çox dəfə baş verən hallar üçün isə 40% maliyyə sanksiyası tətbiq edilir. Səyyar yoxlama bitdikdən sonra könüllü açıqlama edilərsə, yeni qanunvericiliyə əsasən yalnız əmlak vergisi ödənilməlidir. Bu halda vergi orqanının bu açıqlamanı qəbul etməmək və yenidən yoxlama açaraq əlavə sanksiya hesablaması halı mümkündürmü?
Orxan Həşimov Səfər, [email protected], Bakı (20.11.2017)
Cavab: Bildiririk ki, vergi ödəyiciləri tərəfindən könüllü vergi açıqlaması edildiyi halda bu barədə vergi orqanına forması Vergilər Nazirliyi tərəfindən müəyyən edilən hesabat təqdim edilir, təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği büdcəyə ödənilir.
Könüllü vergi açıqlamasının nəticəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi isə Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Bax: Vergi Məcəlləsinin 38.3-cü, 72.5-1-ci və 72.5-2-ci maddələri.
0 Komment
Şərh yazın