ƏDV depozit hesabı ilə bağlı maraqlı sual

ƏDV depozit hesabı ilə bağlı maraqlı sual

Sual: Mənim sualım ƏDV-nin depozit hesabıynan bağlıdır. Depozit hesabında müəyyən məbləğdə vəsait qalmışdır. Həmin vəsaitin qaytarılması mümkündür şirkətin bank hesabına və hansı müddət ərzində. Çox sağ olun.
Ağayeva İlahə Alik, [email protected] 
 
Cavab: Bildliririk ki, vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
 
Belə ki, həmin vəsait dövlət büdcəsinə köçürüldükdən sonra vergi qanunvericiliyinə uyğun olaraq vergilərin, faizlərin və maliyyə sanksiyaları üzrə artıq ödəməniz olduqda, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri qeydiyyatda olduğunuz vergi orqanına təqdim edəcəyiniz yazılı ərizəyə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarılır. Sözügedən ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.
 
Belə ki, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan ƏDV ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qayatrılır. Digər ƏDV ödəyiciləri üçün isə əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən bu Məcəllədə nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır.
 
Tərəfinizdən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb edilə bilər.
 
Vergilərin, faizlərin və maliyyə sanksiyaları üzrə artıq ödəməniz olduqda qeyd edilənləri nəzərə alaraq İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən uçotda olduğunuz vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasi barədə Ərizə” forması ilə elektron qaydada, poçt və ya uçotda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsi ilə kağız daşıyıcısında müraciət edə bilərsiniz.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər