Hansı tip xidmət zamanı elektron-qaimə fakturaya ehtiyac duyulmur?

Hansı tip xidmət zamanı elektron-qaimə fakturaya ehtiyac duyulmur?

Vergilər Nazirliyi bu məsələyə də aydınlıq gətirdi

Sual: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs müxtəlif hüquqi və vergi ödəyicisi olmayan şəxslərlə müqavilə bağlayaraq hüqüqi yardım göstərir. Göstərdiyi xidmətə görə aldığı haqqı "mədaxil qəbzi" ilə rəsmiləşdirir. Hesabat rübündən sonra sadələşdirilmiş vergini ödəyir, bəyannamə təqdim edir. Xahiş edirəm yeni ildən qaimə-fakturaların tətbiqi ilə əlaqədar həmin şəxs necə etməlidir? Əvvəlcədən təşəkkürlər.

Anar Vəliyev, [email protected], Bakı (22.12.2017) 

Cavab: Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməlidir.

Göründüyü kimi, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə xidmət göstərən vergi ödəyiciləri həmin xidmtləri alan şəxslərə elektron qaimə-faktura verməlidir.

Vergi ödəyici olmayan şəxslərə göstərilən xidmətlər isə Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər