İcarə zamanı hər ay elektron-qaimə faktura təqdim edilməlidir?

İcarə zamanı hər ay elektron-qaimə faktura təqdim edilməlidir?

Vergilər Nazirliyi bu aktual məsələyə aydınlıq gətirdi
 
Sual: ƏDV ödəyicisi olmayan hüquqi şəxs diqər hüquqi şəxsə İcarə müqaviləsi əsasında daşınmaz əmlakı icarəyə verir. İcarədar tərəfindən icarəçiyə hər ay elektron qaimə təqdim edilməlidirmi, ya ödəniş üçün icarə müqaviləsində göstərilmiş aylıq icarə haqqı əsas kimi kifayətdir? Təşəkkür edirəm.
 
Elnara Aslanova, [email protected], Bakı (22.12.2017)
 
Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Eyni zamanda, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməlidir.
Bu baxımdan da malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən istənilən fəaliyyət, o cümlədən də icarə fəaliyyəti vergitutma məqsədləri üçün xidmət anlamı verdiyini nəzərə alaraq sorğunuzda qeyd olunan halda əmlakını icarərə verən hüquqi şəxs qarşı tərəfə qeyd edilən müddətlər nəzərə alınmaqla elektron qaimə-fakturanı verməlidir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər