Nəzarət-kassa aparatı vasitəsi ilə malların satışı zamanı elektron qaimə-faktura verilməlidir?

Nəzarət-kassa aparatı vasitəsi ilə malların satışı zamanı elektron qaimə-faktura verilməlidir?

Sual: 2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Bizim şirkətin obyektində, kassa-nəzarət aparatı vasitəsi ilə parakəndə satış aparılır. Bu halda hər bir alıcıya elektron qaimə-faktura yazılması nə dərəcədə mümkündür və buna ehtiyac varmı?
 
Əliyev E.M., [email protected], Bakı (22.12.2017)
 
Cavab: Bildiririk ki, vergi ödəyicisinin vəzifələrinə gəlir əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək aid edilmişdir.
Nəzarət-kassa aparatı vasitəsi ilə malların satışı (təqdim edilməsi) isə alıcıya pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin verilməsi kifayət edər. Lakin sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura verilə bilər.
 
Mənbə: Taxes.gov.az

0 Komment

    Şərh yazın