Vergilər Nazirliyinə sistemin ağır işləməsi haqqında etiraz

Vergilər Nazirliyinə sistemin ağır işləməsi haqqında etiraz

Nazirlik sistem səbəbindən hesabatı gecikdirənlərə maraqlı çıxış yolu göstərdi

Sual: Son aylarda (ən çox oktyabrda) sizin sistem ümumiyyətlə işləmir. Hər dəfə xəta baş verir. Nə qaimələri, nə bəyannamələri göndərə bilmirik. Hər dəfə ayın 20-si sizin sistem işləmir. Sonra da bizə maliyyə sanksiyaları tətbiq edirsiniz ki, hesabatları vaxtında vermirik. Xahiş edirəm, təcili olaraq, təkmilləşdirmə aparın. Bizə çox əziyyət verirsiniz.

Rafiq İlyasov, [email protected], Bakı

Cavab: Bildiririk ki, əhali tərəfindən elektron xidmətlərin tətbiqi sahəsində Vergilər Nazirliyi Respublika üzrə öndə gedən qurumlardan biridir, yaranan çətinliklər də ilk növbədə bundan irəli gəlir.

Belə ki, elektron xidmətlərin sayının çoxluğu, eyni zamanda oktyabr ayının 20-nin rüblük hesabatların təqdim edilməsinin son günü olması və hesabatın təqdim edilməsinin əksəriyyət tərəfindən son günə saxlanılması kimi səbəblərdən sistemdə həddindən artıq yükləmələr baş verir. Vergilər Nazirliyi tərəfindən sistemdə aparılan təkmilləşmələr yanaşı belə halların qarşısının alınması üçün ən sadə yol vergi ödəyiciləri tərəfindən bəyannamələrin son günə saxlanılmamasıdır.

 

Mənbə: taxes.gov.az

0 Komment

    Şərh yazın