Vergilər Nazirliyinə ƏDV ilə bağlı əsəbi sual

Vergilər Nazirliyinə ƏDV ilə bağlı əsəbi sual

Sual: Mənim ixtisasım vergidir və mən sizə çətin sual verəcəm, lakin xahiş edirəm, tam ciddi cavablandırasınız və maddələri köçürüb, cavab yazmayasınız. ƏDV ödəyicisi hüquqi şəxs ancaq kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur. Lakin bu iş sezon işidir. Yəni, iyun, iyul, avqust aylardan başqa məhsul satmır. Məntiqnən növbəti 9 ay ərzində müəssisə bu fəaliyyətlə bağlı nə pul ödəsə (Məcəllənin bütün tələblərinə uyğun olaraq), həmin məbləğləri əvəzləşdirəcək. Məcələlnin 175.6-cı maddəsində qeyd edilib: ƏDV-dən azad olunan, yaxud ƏDV-ə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Lakin mən azad olunan əməliyyat 
aparmıramsa, niyə əvəzləşmə hüququmu itirim? Hesab edirəm, bu maddə aydın yazılmayıb. Xahiş edirəm, məntiqi izah edəsiniz və maddələri köçürməyəsiniz (Sizin saytınızda bir neçə insanlar şikayət edir ki, maddələri köçürürsünüz). Təşəkkür.
Tofiq Bəhramov, [email protected], NAXÇIVAN MR
 
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında vergi növlərindən biri olan, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir.
Qeyd olunan yanaşmadan irəli gələrək, sorğunuzda sözügedən hüquqi şəxs tərəfindən ƏDV məbləğinin əvəzləşdirilib-əvəzləşdirilməməsi onun fəaliyyətinin mahiyyətindən, ilk növbədə də həmin şəxsin kənd təsərrüfatı məhsullarının yalnız alqı-satqısı ilə və ya bilavasitə özü istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmasından asılı olaraq müəyyən olunur.
Belə ki, yalnız digər şəxslərdən alınmış məhsulları satan hüquqi şəxs satılan mallara ümumi qaydada ƏDV tətbiq etməlidir və bu səbəbdən də alınmış mallara görə ödənilən ƏDV məbləğini əvəzləşdirmək hüququndadır.
İstehsal etdiyi kənd təsərrüfatı məhsullarının təqdim edən şəxs isə təqdim olunan malların dəyərinə ƏDV tətbiq etməkdən azaddır. Öz növbəsində, ƏDV-dən azad olunan fəaliyyətlə məşğul olan şəxs əldə etdiyi mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-ni əvəzləşdirmək hüququnu itirir.
Mənbə: Taxes.gov.az
 

0 Komment

    Şərh yazın