Vergilər Nazirliyindən ezamiyyənin nağd formasında verilməsinə açıqlama
Sual: “Nağd hesablamalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək haqqı və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlər də nağdsız həyata keçiriliməlidir. Ezamiyyə xərcləri də bu qəbildəndirmi? Ezamiyyə xərclərinin də nağd ödənilməsinə məhdudiyyət tətbiq edilirmi?
Kəmalə Rzayeva Elşad, Bakı
Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” ” Azərbaycan Respublikasının Qanununa əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən kompensasiya xarakterli ödənişlər (o cümlədən də işçinin xərclərini kompensasiya edən ezamiyyə xərcləri) nağdsız qaydada ödəniləməlidir.
Mənbə: Taxes.gov.az
0 Komment
Şərh yazın