Şirkətin direkorunun əmək müqaviləsi elektron informasiya sisteminə necə işlənilməlidir?

Şirkətin direkorunun əmək müqaviləsi elektron informasiya sisteminə necə işlənilməlidir?

Vergilər Nazirliyi bununla bağlı 2 variant təklif edir
 
Sual: Salam. Şirkətin direktoru hər hansı bir halda özü-özü ilə müqavilə bağlaya bilərmi əmək portalında.
 
Cavab: Bildiririk ki, hüquqi şəxsin rəhbəri və digər işçiləri ilə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində həmin hüquqi şəxs çıxış edir.
 
Hüquqi şəxsin təsisçilərinin təsis müqaviləsində və ya iştirakçılarının ümumi yığıncağının qərarında hüquqi şəxsin adından onun rəhbəri ilə əmək müqaviləsi bağlamaq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti təsisçilərdən birinə həvalə oluna bilər. Bu halda, təsisçi əmək müqaviləsi bildirişini elektron imzadan istifadə etməklə elektron informasiya sisteminə daxil edilməsini həyata keçirə bilər. Əgər bunun həyata keçirilməsi texniki cəhətdən mümkün olmazsa, onda hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan və rəhbəri barədə məlumat hüquqi şəxsin dövlət reyestrinə daxil edildikdən sonra hüquqi şəxsin rəhbəri elektron imza üçün Sertifikatın əldə edilməsi ilə bağlı Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edərək “İş” tipli sertifikat alır. Bundan sonra hüquqi şəxsin rəhbəri özü ilə hüquqi şəxs arasında bağlanmış əmək müqaviləsinin bildirişini müstəqil olaraq elektron imzadan istifadə etməklə elektron informasiya sisteminə daxil edə bilər.
 
Mənbə: Taxes.gov.az

0 Komment

    Şərh yazın