Vakansiya! İqtisadçı işləmək istəyənlər üçün
Əmək haqqı 1500-2000 azn
Şirkət – Koroglu MMC
Vəzifə - İqtisadçı maliyyə üzrə
Bilməlidir:
• Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
• Azərbaycan Respublikasının Mülki Məcəlləsi
• Normativ hüquqi aktlar haqqında AR Qanununu
• Muhasibat uçotu haqqında AQ Qanununu
• Azərbaycan Respublikası Vergi Məcəlləsi
• Maliyə işinin təşkili üçün metodik materialları ;
• Maliyyə və kassa planlarının hazırlanma qaydasını, kredit alınması və smetalar, dövredici vəsaitlərinin idarəolunması ;
• Dövlət büdcəsindən maliyələşmə qaydaları , uzunmüddətli və qısamüddətli kreditlər;
• Kənardan cəlb olunan və şəxsi vəsaitlərin cəlb olunma və istifadə qaydaları, qiymətli kağızların alışı və onlarla işləmə qaydaları, vergi orqanları, bank müəssisələrinə ,qeyri budcə fondlarına və dövlət büdcəsinə ödənişləlin ödənilməsi və köçürülməsi;
• Maliyyə resurslarının paylanması və işlənmə qaydaları;
• Maliyyə axınının idarəolunmasını təmin edən maliyyə metodlarının sistemi ;
• Muhasibat hesabı ucotunun sistemi ;
• Maliyyə təhlillərinin texniki üsulları
• Maliyyə hesablaşmalarının qayda və formaları;
• Müəssisənin maliyyə fəaliyyəti haqqında hesabatlar, onun vaxtında təribi və tərtib qaydası,;
• -Əməyin muavizəsi qayda və normalarını
İşin təsviri:
- Мaliyyə aktivlərinin idarə olunması, büdcənin planlaşdırılması və icrası, muhasibatlıq və idarəetmə hesabatları, daşınmaz əmlakın idarə olunması, əmək və maliyyə resurslarından qənaətli istifadə olunması və sığorta kimi fəaliyyət istiqamətlərinə nəzarət edir
- Şirkətin inkişaf strategiyasına uyğun illik və aylıq maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir.
- Şirkətin təsərrüfat fəaliyyətini iqtisadi təşkil edir, aparılan əməliyyatlar üzrə efektivliyin strateji və cari analizini həyata keçirir və məsrəflərin minimallaşdırılması məqsədilə onları idarə edir.
- Şirkətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir və ehtiyatların həyata keçirir.
- Maliyyə sistemini daim yeniləmək və yeniliklrə uyğunlaşdırmaq
-Aylıq və gündəlik daxili hesabatların hazırlanması
-Portfelin analizin aparılması
-Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi
-Şirkətin gəlirliyinə nəzarət etmək və onun maliyyə sabitliyini qorumaq və artırmaq
-Şirkətin pul vəsaitlərinin hərəkətinin hərəkəti, xüsusilə də xərcləri idarə etmək
-Maliyyə risklərini minimuma endirmək, lazım gəldikdə böhran əlehinə siyasət yaratmaq və həyata keçirmək
-Şirkətin maliyyə resurslarından ən effektiv istifadə edilməsi
Vəzifə tələbləri:
Təhsil: Ali – iqtisadi, biznesin idarə edilməsi
İş stajı: Minimum 5-6 il, Maliyyə işləri üzrə
Dil biliyi: Azərbaycan, Rus, İngilis Səviyyə: Əla
Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
Elektron Maliyyə programları bilik və işlətmə bacarıqı.
İş şərtləri
- Əmək haqqı: 1500-2000 azn
- 6 günlük iş rejimi (8.00-17.00
Dəyərli Namizədlər CV-lərinizi [email protected] ünvanına (Yalnız “İqtisadçı maliyyə üzrə ” başlığıyla) göndərməyinizi xahiş edirik.
CV-lərin son qəbul tarixi: 03.04.2015
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın