Müjdə! Azərbaycanda gəlir vergisinin maksimal dərəcəsinin azalması gözlənilir

Müjdə! Azərbaycanda gəlir vergisinin maksimal dərəcəsinin azalması gözlənilir

Azərbaycanda gəlir vergisinin maksimal dərəcəsinin azaldılması mümkündür. Bu barədə Azərbaycanın Vergilər Nazirliyinin Fiziki şəxslərin qeydiyyatı şöbəsinin rəhbəri Natiq Şirinov çərşənbə günü jurnalistlərə məlumat verib.

"Biz vergi qanunvericiliyinə əlavə və dəyişikliklər layihəsini Azərbaycan hökumətinə təqdim etmişik. Həmin layihə çərçivəsində gəlir vergisinin maksimal dərəcəsinin 30 faiz azaldılması və 2 min manatlıq aylıq vergi gəlirlərinin maksimum həddinin artırılmasının mümkünlüyünün müzakirələri gedir", - Şirinov deyib.

Bu gün Azərbaycanda fiziki şəxslərin aylıq gəlir dərəcəsi 14 faiz təşkil edir ki, Şirinovun fikrincə, bu normal səviyyədir.

Nazirlik nümayəndəsinin sözlərinə görə, sadələşdirilmiş sistem üzrə vergi dərəcələri əlverişlidir, ona görə də onların dəyişdirilməsinə ehtiyac yoxdur. Bakı üçün sadələşdirilmiş vergi 4 faiz, regionlar üçün 2 faiz təşkil edir.

 

Mənbə: trend.az

 

0 Komment

    Şərh yazın