6818,92 manatlıq vergi borcunu ödəmədi əvəzində 8000 manatlıq xalçaları getdi...
2011-ci ilin noyabr ayının 22-də Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu. R.Behbudov ev 48, ünvanında yerləşən Abdullayev Mirəkrəm Sadıq oğluna (VÖEN 1400347132) məxsus "Zərif-1902" xalça mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmişdir.
Vergi əməkdaşları tərəfindən mağazada aparılmış vergi yoxlamaları nəticəsində əsas borc 6 736,17 manat, faiz borcu 82,75 manat olmaqla ümumi borc məbləğinin 6 818,92 manat olduğu müəyyən edilmişdir.
1 noyabr 2011-ci il tarixdə sahibkar Mirəkrəm Abdullayevə vergi borcunun ödənilməsinə dair 6 818,92 manat məbləğində son bildiriş göndərilmişdir.
Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi 17 noyabr 2011-ci il tarixdə sahibkar Mirəkrəm Abdullayevə məxsus mağazada 6 818,92 manat məbləğində əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmışdır.
Noyabrın ayının 22-də vergi orqanları əməkdaşları tərəfindən mağazada nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 8 min manat dəyərində müxtəlif növ xalça məmulatlarının siyahıya alınması tədbirləri həyata keçirilmişdir.
0 Komment
Şərh yazın