İLK təlimin ilə bağlı suallar açıqlandı (30 SUAL)

İLK təlimin ilə bağlı suallar açıqlandı (30 SUAL)

“Elektron qaimə-faktura, malların alış aktı, malların təhvil-qəbul aktı və digər təhvil-təslim sənədlərinə tələblər, onların tətbiqi, qanunvericiliyin pozulması halında maliyyə sanksiyalarının hesablanması” mövzusunda keçirilməsi nəzərdə tutulan təlimin təqdimatında müzakirəyə çıxarılacaq məsələlərin

SİYAHISI

  • “Malların alış akt”ları üzrə
  • VÖEN-ə malik olan fiziki şəxs şəxs malını vergi ödəyicisinə satdıqda, ona “Malların alış aktı” tərtib oluna bilər?
  • Vergi ödəyicisi məhsulunu aldığı şəxsin kənd təsərrüfatı istehsalçısı olmasını necə sübut etməlidir?
  • Hansı hallarda vergi ödəyicisi vətəndaşdan kənd təsərrüfatı məhsulları aldıqda ödəmə mənbəyində vergi tutulmasını tətbiq etməlidir?
  • Vergi ödəyicisi hansı halda “Nağdsız hesablaşmalar haqqında” AR Qanununda qeyd edilən əlvan və qara metal qırıntılarının qəbulu zamanı vergi hesablamaya bilər?
  • Vergi orqanı bir şəxsə münasibətdə “Malların alış aktı” sənədi üzrə hansı məbləğdən sonra, onun vergi uçotuna alınmasını tələb edir?
  • Vergi ödəyicisi elektron alış aktını 5 gündən gec müddətdə hazırladıqda maliyyə sanksiyasının tətbiqi mütləqdir?
  • Vergi ödəyicisi qeyri-rezident şəxsdən mal aldıqda “Malların alış aktı” tərtib edə bilər?
  • Vergi ödəyicisi öz işçisindən və ya qarşılıqlı surətdə asılı olduğu şəxsdən mal aldıqda problemləri necə önləmək olar?
  • Vergi ödəyicisi tərəfindən bütün mallara “Malların alış aktı”nın tərtib edilməsinə məhdiyyət qoyulur?
  • Əmtəəsiz əməliyyatlar üzrə “Malların alış aktı” tərtib olunduqda, vergi orqanı prosesi necə tənzimləməlidir?

 

  • “Elektron qaimə-faktura” və digər təhvil-təslim sənədləri üzrə
  • Xidmət sahəsi “elekton qaimə-faktura” təqdim etmədikdə, ona maliyyə sanksiyası tətbiq edilə bilər?
  • Əvvəlcədən sifariş edilməyən mallar necə müəyyən edilir?
  • Elektron qaimə-faktura imzalandıqda, digər “malların təhvil-qəbul aktı”na ehtiyac var?
  • Vergi ödəyicisi öncəki dövrdə riskli vergi ödəyicisindən elektron qaimə-faktura üzrə mal aldıqda, həmin şəxsə ödəniş edərsə, riskli vergi ödəyicisi sayıla bilər?
  • Sadələşdirilmiş vergi ödəyicisi olan agent müştəri qarşı tərəfə malları ƏDV ilə təqdim edə bilər?
  • Vergi ödəyici hansı halda təqdim etdiyi elektron qaimə-fakturaya dəqiqləşdirmə və ya düzəliş verə bilər?
  • Vergi ödəyicisi elektron qaimə-fakturanı ləğv etmək üçün hansı prosedurları gözləməlidir?
  • Vergi orqanı hansı hallarda elektron qaimə-fakturanın düzgün tətbiq edilməməsinə görə maliyyə sanksiyaları hesablaya bilər?
  • “Malların təhvil-qəbul aktı” malları təqdim edən, yoxsa qəbul edən şəxs tərəfindən tərtib olunmalıdır?
  • Mallar idxal olunduqda “Malların təhvil –qəbul aktı”nın tərtib edilməsi mütləqdir?
  • Hədiyyə verilən mallar elektron qaimə-fakturada necə əks olunmalıdır?
  • Emala verilən mallar üzrə tərtib edilən elektron qaimə-fakturanın digərlərindən fərqi nədir?
  • Müəyyən dövr satışdan sonra endirim nəzərdə tutulan mallar elektron qaimə-fakturada necə əks olunur?
  • Malların geri qaytarılması zamanı elektron qaimə-fakturadan necə istifadə etmək olar?
  • Prezidentin fərmanları ilə əhatə olunmayan fəaliyyətlər üzrə elektron qaimə-faktura təqdim edilməməsi gəlir və xərclərin uçotunun aparılmaması anlamına gələ bilər?
  • Hansı hallarda dövlət orqanları tərəfindən elektron qaimə-faktura təqdim edilməlidir?
  • Pərakəndə ticarət və xidmət sektorunda elektron qaimə-faktura üzrə 30 faizlik hədd keçildikdə, mükəlləfiyyətin başlanma müddəti hansı tarix hesab edilir?
  • Qeyri-rezident şəxslərə ödənişlər 30 faizlik həddə daxil edilir?
  • Vergi ödəyicisi elektron qaimə-faktura əsasında aldığı malları vətəndaşlara pərakəndə ticarət formasında satmasında hər hansı problem yarana bilər?
  • Vergi ödəyicisi malları agent və ya komisyonçu vasitəsilə satdıqda elektron qaimə-fakturanın verilməsi, həmçinin bank vasitəsilə daxil olan ödənişlərin rəsmiləşdirilməsi necə aparılır?

 

Qeyd olunanlardan əlavə, iştirakçıların mövzuya aid digər sualları da cavablandırılacaq.

Təlimin başlanma tarixi: 09 və (və ya) 10 sentyabr 2021-ci il

Təlimin bitmə vaxti: Mövzu üzrə iştirakçıların son sualı cavablandırılana qədər.

Birinci hissə: Mövzu üzrə təqdimat
İkinci hissə: Mövzu üzrə sualların cavablandırılması
Ödəniş üsulu: Nağd və ya nağdsız formada (vergi ödəyicisi olduğu halda sənədləşmələr (müqavilə, hesab-faktura, elektron qaimə-faktura və s.))
Təlimçilər: Mks.az saytının ekspertləri
Məlumat almaq və xidmətdən yararlanmaq üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

Devimizə sadiqiq: Öyrətmək savab, öyrənmək qazancdır!

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər