ŞAD XƏBƏR! Muzdlu işlə əlaqədar vahid bəyannamədə ən çox uyğunsuzluğa səbəb olan hal aradan qaldırılacaq

ŞAD XƏBƏR! Muzdlu işlə əlaqədar vahid bəyannamədə ən çox uyğunsuzluğa səbəb olan hal aradan qaldırılacaq

Namiq Dərgahov: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq nəticəsində işçiyə aid bir çox məlumatların vahid bəyannamədən çıxarılması həyata keçiriləcək”

MKS Academy 15 mart 2025-ci il tarixdə (şənbə günü), saat 10:00-13:00-də onlayn, saat 14:00 – 17:00-da isə əyani formada “Fərqli iş rejimlərində əmək haqqının hesablanması və ƏMAS-da əks etdirilməsi” mövzusunda tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirib ki, yaxın dövrlərdə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamənin sadələşdirilməsi həyata keçiriləcək: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan əməkdaşlıq nəticəsində işçiyə aid bir çox məlumatların vahid bəyannmədən çıxarılması həyata keçiriləcək. Buna misal olaraq işəgötürənlərin sosial sığorta nömrəsi (SUN) və işçilərin sosial sığorta nömrəsi (SSN) üzrə məlumatları göstərmək olar. İşçilərin məlumatlarının fərdi identifikasiya nömrəsi (FİN) üzərindən uçotu aparıldığından SSN nömrəsini qeyd etməyə ehtiyac qalmayacaq. Bu hal işçisi çox olan vergi ödəyicisinin iş yükünün kifayət qədər azalmasına səbəb olacaq”.

Namiq Dərgahov qeyd edilən fikiləri "Facemark" və "Good Finance" şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə Gülüstan sarayında keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi 2025"in “Vergilər: Menecment və Vizyon” panelində bildirib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər