“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA!!!

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA!!!

Mühasib və HR-ların stolüstü kitabını sifariş edə bilərsiniz
 
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb. 
Nəşrə 3 yeni fəsil əlavə olunub.
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.
Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməkhaqqı ödənişlərindəki məcburi dəyişikliklər misallar üzərində nəzərdən keçirilərək sadələşdirilmiş vergi və ƏDV ödəyiciləri üçün açıqlama və izahlar təqdim olunub.
İşsizlikdən sığortanın tətbiqi, bu sahədə diqqətə alınmalı tələblər, sığorta haqqının hesablanılması və ödənilməsi ilə bağlı təqdim olunan misallar və açıqlamalar kitabın ayrıca bir fəsilində yerləşdirilib.
Kitabın əməkhaqqı, məzuniyyətlər, əmək müqavilələri, sosial ödənişlər, müavinətlər və digər aktual məsələlərlə bağlı ənənəvi fəsilləri yenidən işlənilib, nümunə və misalların hər biri nəzərdən keçirilərək yeni tələblərə uyğunlaşdırılıb.
Kitaba sifarişlərin qəbulu www.mks.az saytının Facebook səhifəsi, (012) 564 86 85 və (050) 368 12 72 saylı telefonlar və [email protected] e-maili vasitəsilə həyata keçirilir. 
 
İstənilən regiona çatdırılma ödənişsiz olaraq həyata keçirilir. Daimi müştərilər üçün xüsusi təklif nəzərdə tutulub.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər