Sahil Babayevdən SAXTA ƏLİLLİK alanlar üçün bəd Xəbər
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycanda əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmalar davam edir: "Aşkar edilən mənfi hallar barədə ölçü götürülür. Saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. Fəaliyyətimiz dövründə bu hallar mütəmadi araşdırılacaq və ortaya çıxan mənfi hallar aradan qaldırılacaq. Hazırda araşdırılma yekunlaşmadığı üçün konkret rəqəmin açıqlanması düzgün olmaz. Yekunda risk təhlili aparılacaq və növbəti dövrlərin araşdırılmasına başlanılacaq”.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
0 Komment
Şərh yazın