Azərbaycanda müəssisənin Mühasib otağındakı seyfdən ... 450 000 manat oğurlanıb
Sumqayıtda yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450000 manat oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.
DİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt sakini Rauf Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb. Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub. R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.
Qeyd edilən faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
012 564 86 85, 050 368 12 72, [email protected]
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın