DOST-un hansı xidmətlər göstərəcəyi və başlanma vaxtı açıqlandı
Sahil Babayev: "DOST vətəndaşın hansı sosial təminat növü (pensiya, ünvanlı sosial yardım, sosial müavinət, işsizlikdən sığorta və s.) ilə təmin olunmaq hüququnu dərhal müəyyən edəcək"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrə, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərə həsr olunmuş iclas keçirilib.
Nazir Sahil Babayev bildirib ki, DOST mərkəzinə müraciət edən vətəndaşın hansı sosial təminat növü (pensiya, ünvanlı sosial yardım, sosial müavinət, işsizlikdən sığorta və s.) ilə təmin olunmaq hüququnun olub-olmadığı elektron məlumat bazalarında onunla bağlı məlumatların operativ araşdırılması nəticəsində dərhal müəyyən olunacaq. Belə bir hüquq yarandığı halda vətəndaş elə mərkəzdəcə aidiyyəti sənədləri təqdim etməklə təyinat aparılaraq, müvəkkil banka onun üçün ödəniş kartı sifariş ediləcək. Yaxud işsiz və işaxtaran şəxs mərkəzdə onun üçün bütün mümkün məşğulluq xidmətləri (əmək bacarığına və seçiminə uyğun vakant iş yerinə göndəriş əldə etmək, özünüməşğulluq proqramına və ya peşə hazırlığına, ödənişli ictimai işə cəlb edilmək və s.) təqdim ediləcək və seçiminə uyğun təminat həyata keçiriləcək. Həmçinin reabilitasiya, sosial sığorta münasibətləri, sosial xidmətə cəlb olunma və digər sahələr üzrə belə xidmətlər göstəriləcək. DOST mərkəzlərində müvafiq sahələr üzrə sənədlər (arayış, vəsiqə və s.) çevik şəkildə hazırlanaraq fiziki və hüquqi şəxslərə təqdim olunacaq.
Nazir həmçinin qeyd edib ki, mərkəzlərdə vətəndaşlar müvafiq sahələr üzrə xidmətlər barədə məlumatlara asan şəkildə çıxış imkanları da əldə edəcək, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi və müraciət edən vətəndaş üçün rahatlığı ilə seçiləcək. Ümumilikdə DOST mərkəzlərinin əsas iş prinsipi müraciət edən şəxslərin göstərilən xidmətlərdən məmnun qalmasını nəzərdə tutur.
S.Babayev bildirib ki, cənab Prezidentin tapşırığına uyğun olaraq DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərin ilkin yol xəritəsi artıq hazırdır və ilk DOST mərkəzinin yaradılması üçün gələn ay pilot rayon müəyyən olunacaq. İclasda Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanından irəli gələn vəzifələr, DOST Agentliyi və mərkəzlərinin yaradılması sahəsində görüləcək işlər geniş müzakirə olunub.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
2 Komment
Vüsal 04 İyul 2019
iwle temin etmek asandi iwçiye nezaret çetindir Yardimli rayon menzil isdismar idaresindesiyahi uzre 40-50 nefer muwavile ile iwleyir onlardan cemi 10 neferi iwd gelir gelmiyeninde pullarin tezd ruwvet xor dosdumuz dosd mmc ve sapi ozmuzden olan baltalar icra memurlari yeyir buda sizin bize verdiyiniz iw men bezdim
Əlikram 26 Sentyabr 2020
Bu gun yani 6 ci gun isleyirsiz?? Ve saaat neceye qeder??
Şərh yazın