Əmək kitabçasının əldə edilməsi proseduru necə həyata keçirilməlidir? (NÜMÜNƏVİ FORMA)
"Əmək Münasibətləri: A-dan Z-yə 2018" kitabından seçmə
Əmək kitabçası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsi tərəfindən təmin olunur. Əmək kitabçası əldə etmək üçün işəgötürən hökmən rayon məşğulluq idarəsinə yazılı müraciət etməlidir. Ancaq müraciətdən əvvəl işəgötürən məşğulluq idarəsində qeydiyyata durmalıdır.
Məktubun nümunəvi forması aşağıdakı kimidir:
_______________Rayon Məşğulluq İdarəsinə
№____ «___»_______________20_______il
«AA» MMC-nin (VÖEN______________) rəhbərliyi nəzərinizə çatdırır ki, cəmiyyətdə olan işçi heyətinə əmək kitabçalarının açılması vacibdir. Bununla əlaqədar Sizdən xahiş edirik ki, cəmiyyətimizi ___________ədəd əmək kitabçası ilə təmin edəsiniz.
«AA» MMC-nin direktoru: ______________________________
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
0 Komment
Şərh yazın