DSMF-nin 7 aylıq gəlirlərində ARTIM
Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,96 faiz və ya 239,11 milyon manat çox olmaqla, 2237,61 milyon manat olub.
O cümlədən, Fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 2017-ci ilin müvafiq göstəricisinə nisbətən 11,14 faiz və ya 131,47 milyon manat artaraq 1 312,11 milyon manat təşkil edib.
Cari ilin 7 ayında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların 63,15 faizi və ya 828,57 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10,54 faiz və ya 78,99 milyon manat çox olmaqla proqnozun 104,23 faiz icra edildiyini göstərir.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
0 Komment
Şərh yazın