Mobil telefon qeydiyyatının YENİ VƏ İNANILMAZ RÜSUM MƏBLƏĞləri (Siyahı)
Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumlarının məbləğləri açıqlanıb. Oxu.Az xəbər verir ki, “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar qəbul olunub.
Qərara görə, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata,
bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat,
bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat,
bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat,
bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat,
bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat rüsum ödənilir.
Qeyd edək ki, indiyədək bazar qiymətindən asılı olmayaraq, mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilirdi.
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
0 Komment
Şərh yazın