"ASAN İMZA"-nın qiymətinin artmasına SƏRT TƏPKİ: "Bizdə hər şey TƏRSİNƏDİR"
İqtisadi-ekspert Samir Əliyev sosial şəbəkədəki səhifəsində "Asan İmza"nın qiymətinin artmasına sərt təpki verib: "Bütün dünyada elektron xidmətlər həm ucuzlaşır, həm də inkişaf edir. Bizdə hər şey tərsinə gedir. Keyfiyyət düşür, qiyməti isə getdikcə bahalaşdırırlar. Vaxtilə ASAN İMZA kimi lazımsız açar uydurublar, sahibkarları ondan istifadəyə məcbur ediblər, indi də onu bahalaşdırırlar. Sonra da deyirlər ki insanları elektron xidmətlərdən istifadəyə stimullaşdırmaq lazımdır. Kiçik biznesin inkişafının vacib olduğu bir dövrdə onun inkişafını əngəlləyən addımlar atılır. Azercell-in bu addımı hökmran mövqeyindən sui-istifadə kimi qiymətləndirilməlidir və hökumət bu məsələyə tezliklə müdaxilə etməlidir."
Qeyd edək ki, Azercell-in açıqlamasına əsasən, 15 avqust 2018-ci il tarixdən "Asan İmza"nın aylıq abunə haqqı 1 manatdan 2,50 manata qədər bahalaşdırılıb.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın