Gömrükdən bu yolla da mal keçirdilər
Azərbaycana çay axını ilə qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, son zamanlar dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin gücləndirilməsi nəticəsində qaçaqmalı ölkə ərazisinə gətirə bilməyənlər öz məqsədlərinə çatmaq üçün müxtəlif üsul və metodlara əl atırlar.
Belə ki, iyunun 29-da DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə ərazisinə qanunsuz yolla dövlət sərhədindən buraxılış məntəqələrindən kənar gətirilməsinin qarşısı alınıb. Həmin tarixdə saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib. Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümumi dəyəri, təqribən, 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın