5 gün bayram tətili + qısaldılmış iş vaxtı

5 gün bayram tətili + qısaldılmış iş vaxtı

Ramazan Bayramı münasibəti ilə sabahdan 5 günlük tətil başlayır. Bayram tətili iyunun 19-da bitəcək və 20 iyun 2018-ci il tarixi həftənin ilk iş günü hesab ediləcək. Bu tətil günləri Milli Qurtuluş Gününə görə 1 gün, Ramazan Bayramına görə 2 gün, şənbə və bazar günlərinə görə isə 2 gün olmaqla Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib və ümumilikdə 5 günlük qeyri-iş günü müəyyənləşib.
Məlumat üçün bildirmək istəyirik ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən,  bu qısaldılmış iş günü tətbiq edilməlidir. 

Maddə 108. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti
1.    Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Misal üçün, təşkilatda normal iş vaxtı 8 saatdır, həmin təşkilatda 14 iyun tarixində iş saatı bir saat qı-saldılıraq 7 saat olacaq. Bu halda iş saatının qısadılmasının işçinin aylıq əməkhaqqına heç bir təsiri yoxdur.

mks.az saytı olaraq, Ramazan bayramı münasibəti ilə bütün həmkarlarımızı təbrik edirik və duallarının qəbul olunmasını istəyirik. 

  SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

1 Komment

  1. mikayl 24 İyun 2022

    hec yerda qeliz sullara cavab verilmir. meselen eger isci gundelik 4 saat isleyirse bayram gununden qabağı iş gününün müddəti 1 saat qisaldilirmi yani isci 3 saat isleyegek?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər