Maşın idarə edən, həmçinin qayda da pozan HR və Mühasiblər üçün ŞAD XƏBƏR

Maşın idarə edən, həmçinin qayda da pozan HR və Mühasiblər üçün ŞAD XƏBƏR

Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubovun 05 iyun 2018-ci il qərarı ilə "Yol Patrul Xidməti Haqqında" təlimata dəyişiklik edilib. Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin duracaqdan buraxılması üçün artıq xüsusi icazə tələb olunmayacaq: “ “Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.”.

Qeyd edək ki, bu dəyişikliyə qədər, cərimə meydançasından avtomobil buraxılan zaman buraxılış vərəqəsini tələb edilirdi. Yəni avtomobilin cəriməni ödəmədiyinə görə (və ya başqa bir səbəbdən) cərimə meydnaçasına aparılırsa, cəriməni ödədikdən sonra həm də DYP-ə gedib buraxılış vərəqəsini almaq tələb olunurdu.  Artıq, Təlimata edilən dəyişikliyə əsasən, buraxılış vərəqəsi ləğv edildiyinə görə, cərimə ödənilməsi barəsində qəbz təqdim edildikdən sonra, avtomobil sərbəst buraxılır. Qəbz elə buraxılış üçün əsas sənəd sayılır.
Mənbə: avtostop.tv

 SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər