Milli Məclisin təsdiq etdiyi Əmək Məcəlləsinə dəyişikliyin LAYİHƏ variantı

Milli Məclisin təsdiq etdiyi Əmək Məcəlləsinə dəyişikliyin LAYİHƏ variantı

Xəbər verdiyimiz kimi, 12 iyun 2018-ci il tarixdə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin layihəni təqdim edirik:

Layihə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilsin:

1. 66-cı maddənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:
"Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər.".

2. Aşağıdakı məzmunda 67-2-ci maddə əlavə edilsin:
"Maddə 67-2. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası
1. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.
3. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.
4. Sertifikasiyadan "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.".

3. 70-ci maddənin "Qeyd" hissəsinin birinci cümləsində "komissiyası" sözündən sonra "Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin və" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər