Tanınmış audit şirkətindən təqdirəlayiq addım
“Baker Tilly Azərbaycan” şirkəti bu il qəbul imtahanlarında 700 bal toplayan gənclər ilə görüş keçirib. Şirkətin İdarə Heyəti üzvləri çıxış edərək ən yüksək bal toplayan abituriyentləri təbrik edib, onlara tədris ilində seçəcəkləri ali məktəblərdə daha böyük müvəffəqiyyətlər arzuladılar və ali təhsil müəssisələrində oxuyarkən nəticələrini qoruyub saxlamağı tövsiyə etdilər. Görüş zamanı abituriyentlər və şirkətin əməkdaşları arasında abituriyentlərin əldə etdikləri müvəffəqiyyətlər və gələcək planları ilə bağlı açıq və çox səmimi dialoq aparıldı. Əməkdaşlar öz təcrübələrini abituriyentlər ilə bölüşdülər, ixtisas və universitet seçimində təcrübələrini paylaşaraq, öz məsləhət və tövsiyələrini verdilər.
Şirkət əməkdaşları yüksək bal toplamış gələcək tələbələrə hər zaman lazımi dəstək verəcəklərini bildirdilər. Baker Tilly Azərbaycan şirkəti hər zaman gənc istedadlara dəstək göstərmiş, bu istiqamətdə müxtəlif işlər görmüş və bir sıra sosial layihələrdə iştirak etmişdir. Xüsusilə qeyd edək ki, şirkət özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2019-cu ilin iyun ayınadək olan dövrü “İstedadlar ili” (“Talant Year”) elan edərək gənc istedadlara dəstək göstərməyə davam edəcək.
“Baker Tilly Azərbaycan” - baş qərargahı Birləşmiş Krallığın paytaxtı London şəhərində yerləşən və özündə dünyanın 147 ölkəsində fəaliyyət göstərən 126 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şəbəkəsinin müstəqil üzvüdür. Öz gəlirlərinə görə dünyanın 9-cu ən böyük şəbəkəsi olan “Baker Tilly İnternational”, 2016-cı ildə “International Accounting Bulletin (IAB) – Beynəlxalq Mühasibat Uçotu Bülleteni” jurnalının illik mükafat təqdim etmə mərasimində “İlin şəbəkəsi” adına layiq görülüb.
0 Komment
Şərh yazın