Sahil Babayev: "Vətəndaşlarda narazılıq yaradan belə hallar aradan qaldırılmalıdır"

Sahil Babayev: "Vətəndaşlarda narazılıq yaradan belə hallar aradan qaldırılmalıdır"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələlərinə dair müşavirə keçirilib. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin və onun yerli orqanlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  Məşğulluq orqanlarının fəaliyyətinin nəticələrinin, o cümlədən işsiz və işaxtaran kimi qeydə alınmış insanların məşğulluğunun təmin edilməsi göstəricilərinin qənaətbəxş hesab etməyib: "Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində səmərəliliyin, eyni zamanda, şəffaflığın, sosial ədalətin tam təmin olunması, aktiv məşğulluq tədbirlərinin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi, məşğulluq xidməti orqanlarının kadr potensialının artırılması və s. vacib vəzifələrdəndir. Hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi də olmalıdır. Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır."

Nazir bu və digər müvafiq istiqamətlər üzrə hədəflərə nail olunması məqsədilə təkliflərin hazırlanması üçün nazirlikdə İşçi qrupunun yaradıldığını diqqətə çatdırıb: "Məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, ünvanlılığının təmin edilməsi və bu tədbirlərin əlaqələndirilməsi mexanizminin, bacarıqların inkişafı sisteminin yaradılması,qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilən səriştələrin tanınması sisteminin formalaşdırılması və s. üçün İşçi qrupu tərəfindən təkliflər hazırlanaraq, bir ay ərzində təqdim edəcək.  İşsiz və işaxtaran şəxslər bir çox hallarda peşə hazırlığı kurslarına cəlb olunmaları üçün uzun müddət gözləməli olurlar ki, vətəndaşlarda narazılıq yaradan belə hallar aradan qaldırılmalıdır. Eyni zamanda, işlə təmin edilmək üçün müraciət edən insanlara qayğı və həssaslıqla yanaşılmalı, bu müraciətlərin müsbət həlli üçün işəgötürənlərlə əməkdaşlıq müstəvisində səylər artırılmalıdır. Digər tərəfdən, məşğulluq xidmətləri, o cümlədən işsizlik sığortası ilə bağlı geniş maarifləndirmə və izahat işlərinin aparılmasına xüsisi diqqət yetirilməlidir. Hər bir Məşğulluq Mərkəzinin binasında bununla bağlı vətəndaşlar üçün maarifləndirici lövhələr də olmalıdır."

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər