Mehdi Babayev seminarın mövzuları ilə bağlı ilk açıqlamasını verdi
Milli Mühasiblər Forumunun təşkilatı dəstəyi, Altay Cəfərov, Radil Fətullayev və Mehdi Babayevin iştirakı ilə keçiriləcək seminarın mövzuları ilə bağlı ilk açıqlama tanınmış audit mütəxəssisi Mehdi Babayevdən gəlib: "Sosial şəbəkələrdəki qruplarda gedən müzakirələrdə mühasiblərin ən çox maraqlandırdığı məsələ sertifikasiya məsələsidir. Amma Seminarda sertifikasiya məsələsinə baxa bilmərik.
Cünki bu texniki məsələdir, bizi və sizi uçotla bağlı problemlər narahat etməlidir. Sertifikat məsələsini qoyun qırağa. Seminar zamanı mən sizə Sertifikatlaşmanın "xeyrindən" bir az danışaram və yəqin ki, mənimlə razılaşacaqsınız. Əsas bilgi, savad əldə etməkdir. Əlinizə 3 mütəxəssis düşəcək və çalışın ki, onlardan maksimum istifadə edin. Və mövzu seçimində daha dərindən düşünərək fikir bildirməyinizi xahiş edirəm."
0 Komment
Şərh yazın