“Əziyyət çəkən mühasiblər, 1200 manat pensiya alan başqaları”

“Əziyyət çəkən mühasiblər, 1200 manat pensiya alan başqaları”

Saytımızın oxucusu, mühasib həmkarımız Mehdi Əsədov audit üzrə mütəxəssis Mehdi Babayevin "Dövlət səviyyəsində mühasiblərin sertifikatlaşdırılması 3 istiqamətdə aparılmalıdır” məqaləsinə münasibət bildirib. Oxucumuzun yanaşmasının maraqlı olacağını nəzərə alaraq diqqətinizə çatdırırıq: “ Biz mühasiblərin işi operativ uçotdan başlayaraq mühasibat uçotuna kimi hər şeyi,hətta statistik uçotu belə həyata keçiririk, bütün hesabatları dövlət orqanlarına təqdim edirik. İndi:

1. Statistika idarəsi işçiləri bizim məlumatlarımızı toplayır və onlar DÖVLƏTƏ QULLUQ edirlər, biz yox?
2. DSMF-yə hesabat verən, pul köçürən mühasiblərdir. DSMF əməkdaşları hesabatları yoxlayır və pul vəsaitlərini xərcləyirlər onlar DÖVLƏTƏ QULLUQ edirlər, biz yox?
3. Mühasiblər vergi bəyənnamələrini tərtib və təqdim edirlər.Tələb var ki, keyfiyyətli və vaxtında olmalı, vəsaitlər də vaxtında ödənilməlidir. Bu halda vergi işçiləri, maliyyə işçiləri - hamısı dövlətə qulluq edir, bəs, onda mühasiblər kimə qulluq edirlər?
Yuxarida adları çəkilən orqanların işçiləri 700-1200 manat arasında pensiya ilə təmin olunur, mühasiblər isə 150-220 manat pensiya alırlar.Bu sosial ədalətsizliyin aradan qaldırılması üçün Milli Məclis və başqa dövlət orqanları qarşısında məsələ qaldırmağın vaxtı çatmayıbmı? Sizdən xahiş edirəm, bu məsələnin həlli ilə bağlı lazımi səviyyədə işlər görülməsinə köməklik göstərəsiniz.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər