Mehdi Babayevdən MMF-lə bağlı iradlara cavab: "Bioloji narahatlıq məruzəçilərə təsir edirdi"

Mehdi Babayevdən MMF-lə bağlı iradlara cavab: "Bioloji narahatlıq məruzəçilərə təsir edirdi"

Milli Mühasiblər Forumunun təşkilat komitəsinin sədr müavini, tanınmış ekspert, Audit üzrə mütəxəssis Mehdi Babayev Milli Mühasiblər Forumu ilə bağlı iradlara öz münasibətini bildirib: "Əziz həmkarlarım, bəzi etirafları etmək istəyirəm. II Milli Mühasiblər Forumunda əksər məruzəçilər (çıxışçılar) yorğun idilər. Onların hamısının peşəkar olmasına baxmayaraq, forum öncəsi gecənin yuxusuzluğu və üstəgəl növbəti gün də gecənin yuxusuzluğu üst-üstə yığılanda çıxışçıları potensialından istifadə etməyə imkan vermədi. Mən özüm də öz çıxışlarımdan razı qalmadım. Bioloji narahatlıq bütün çıxışçıları tələsməyə və çıxışını qısaltmağa məcbur edirdi və iştirakçılara tam məruzə etməyə vaxt çatmırdı, bu da çıxışın keyfiyyətini azaldırdı. Bəlkə də məruzəçilər özləri hiss etmirdi, lakin vaxt və yorgunluq onları sıxırdı....

Düşünürəm ki, növbəti Forumlarda məruzəçilərin bioloji durumuna zidd olan hər hansı hallara yol verilməməli və çıxışçılara maksimum vaxt verilməsi təmin olunmalıdır. Mövzuların sayı azaldılmalı, hər mövzu üzrə çıxış vaxtı 30 dəqiqədən az olmamalı və iştirakçıların istəyi nəzərə alınmaqla maksimum aktual məsələləri əhatə edən çıxışlara önəm verilməlidir. Hər panel üzrə sual-cavab vaxtı uzadılmalı və ümumi vaxtın ən azı 4\1-i sual-cavaba sərf edilməlidir. Hər bir halda, bütün məruzəçilərə təşəkkür edirəm və gələcəkdə də hamımız onlardan maksimum yararlanmalıyıq."

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər