Milli Mühasiblər Forumu: "Gərək 300 nəfərə də imtina cavabı verilərdi ki...."
Milli Mühasiblər Forum rəsmi sosial şəbəkə saytında müraciət yayıb:
"Hörmətli, Forum iştirakçıları,
Nəzərinizə çatdıraq ki, Forumun işində iştirak edən şəxslərin bir hissəsi Fortuna İM-də qaldığı şəraitlə bağlı bir sıra iradlarını bildirmişlər. İlk öncə hər hansı bir naraharçılıq çəkilibsə üzr istəyirik. Amma. bununla yanaşı qısa bir ARAYIŞ da vermək istəyirik. Qeyd edk ki, Forumda iştirakçı, dəvətli qonaq, məruzəçi, təşkilatçı və xidməti personal olmaqla 400-dən çox insan iştirak etmişdir. Bu şəxsləri ümumiyyətlə Şamaxıda yerləşdirmək və xüsusən də tədbirə yaxın yerdə yerləşdirmək üçün bölgənin müvafiq potensialı belə yox idi. Təsəvvür edin ki, Tədris Mərkəzinin 100 nəfərlik Hoteli də daxil olmaqla Göy Qurşağı, Rəsədxana və Fortuna kimi bütün 4
İstirahət Mərkəzi təmamilə bu tədbir üçün bağlanmışdır. Yaxınlııqda olan Şamaxı Palace, Rixos kimi mərkəzlər isə ümumiyyətlə mövsümə hazırlıqla əlaqədar bağlı idi. Bu səbəbədn əməkdaşlarımız Sizlərin bu vəziyyətdə rahatlığınızı üçün bir-bir qalınacaq hotellərdə təmizlik işləri apartmışlar. Hesab edirik ki, Forumun TK-sı tədbirdə iştirak etmək istəyən 600-ə yaxın insana imtina cavabı vermişdir. Gərək 300 nəfərə də imtina cavabı verilərdi ki, 100 nəfər rahat iştirak edə bilsin. Sadəcə olaraq Forumun mövzularını dinləmək arzusunu nəzərə alıb buna gedildi. Xahiş edirik ki, TK-nın işini anlayşla qarşılayasınız və o cünmlədən Pirqulu ərazisindəki Turizm imkanlarını da nəzərə alasınız."
0 Komment
Şərh yazın