Kiçik və orta biznesin vergi və mühasibat uçotunda inqilabi dəyişikliklər

Kiçik və orta biznesin vergi və mühasibat uçotunda inqilabi dəyişikliklər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, son vaxtlar doğrudan da Azərbaycanda kiçik və orta biznesin inkişafında, vergi sistemində və digər sahələrdə  müəyyən problemlər yaranıb. Millət vəkili Pia.az-a açıqlamasında bildirib ki, kiçik və orta biznesin inkişafı üçün bir sıra addımlar atılacaq. O cümlədən onların mühasibat uçotu, vergi ödəmə məsələsinə baxılacaq. Yəni onlar üçün elə bir şərait yaradılmaldır ki, kiçik və orta biznes çox ciddi inkişaf etsin. Çünki bu sahələr inkişaf etməsə, makroiqtisadiyyat o qədər də inkişaf etmiş olmur. Buna görə də kiçik və orta biznesin inkişafında dövlət də maraqlıdır:
“Azərbaycanda kiçik və orta biznesin inkişafı məsələsi çox ciddi məsələdir. Çünki son vaxtlar doğrudan da Azərbaycanda kiçik və orta biznesin inkişafında, vergi sistemində və digər sahələrdə  müəyyən problemlər yaranıb. Buna görə də kiçik və orta biznesdə müəyyən durğunluq baş verdi. Amma Strateji Yol Xəritəsi təsdiq edəndən sonra müəyyən addımlar atılır. Hətta bu yaxınlarda Milli Məclisdə bu məsələ geniş müzakirə obyekti olub. Kiçik və orta biznesin inkişafı üçün bir sıra addımlar atılacaq. 
O cümlədən onların mühasibat uçotu, vergi ödəmə məsələsinə baxılacaq. Yəni onlar üçün elə bir şərait yaradılmaldır ki, kiçik və orta biznes çox ciddi inkişaf etsin. Çünki bu sahələr inkişaf etməsə, makroiqtisadiyyat o qədər də inkişaf etmiş olmur. Buna görə də kiçik və orta biznesin inkişafında dövlət də maraqlıdır. Bir sözlər bu sahə üçün ciddi addımlar atılmalıdır, müəyyən güzəştlərə gedilməlidir. Yəni bir daha qeyd edim ki, onlara vergidə güzəşt olmalıdır və onların təqdim etdiyi hesablarla bağlı məsələlərdə də güzəştlər getməlidir. Bütün bu problemlər həll edilməlidir ki, kiçik və orta biznes inkişaf etsin. 
Əlbəttə ki, məmurların yaratdıqları süni maneələr və monopoliya  kiçik və orta biznesin inkişafına mane olur. Monopoliya bütün iqtisadiyyatın inkişafına mane olduğu kimi, kiçik və orta biznesin inkişafına da mane olur. Bunu aradan qaldırmaq üçün müəyyən addımlar atılır. Həmçinin Strateji Yol Xəritəsində Rəqabət Məcələsinin ləğv edilməsi nəzərdə tutulub. Cənab prezident də Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması haqqında fərman verdi. Bu Agentliyə hələ ki, rəhbər təyin edilməyib. Amma bu Agentlik də kiçik və orta biznesin inkişafı üçün müəyyən addımlar atacaq”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər